Dərmanlardan pulsuz istifadə etmək istəyənlər üçün yeni xəbər

4 Noyabr 2014 12:48
Azərbaycanda stasionar tibb müəssisələrində xəstələrə pulsuz verilməli olan dərmanların sayı artırılıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, stasionar şəraitdə istifadə olunan ən vacib dərman preparatları və tibbi ləvazimatların siyahısı getdikcə artırılır. Bundan əvvəl bu siyahıda 166 dərman preparatı və tibbi ləvazimatın adı qeyd edilmişdisə, artıq onların sayı 180-ni ötüb. Yeni siyahı əsasında artıq stasionar tibb müəssisələrində müalicə olunan xəstələr 180-dən çox adda dərman preparatı və tibbi ləvazimatla pulsuz təmin olunmalıdırlar.

Milli.Az