Torbörn Yaqland bunu məqsədyönlü şəkildə edir

4 Noyabr 2014 12:17
Milli.Az Day.Az-a istinadən bildirir ki, Britaniyanın "Guardian" qəzeti bu günlərdə Avropa Şurasının baş katibi Torbörn Yaqlandın məqaləsini dərc edib. Məmur məqalədə Birləşmiş Krallığın Avropa İnsan Hüquqları məhkəməsindən çıxacağı ehtimalı haqda yazıb. O, Britaniyadakı konservatorların bəyanatına bu cür münasibət bildirib. Əslində isə Yaqland tamam başqa şey haqda danışıb.

"Azərbaycanda insan hüquqları bıçaq tiyəsindədir. Britaniya getməməlidir", - baş katib məqalənin başlığında qeyd edib. Sonra Yaqland AŞ-nin "dəfələrlə Azərbaycanda insan hüquqları ilə bağlı problemlər barədə məlumat verdiyi" haqda danışıb. Burada gedən məhkəmə proseslərini necə diqqətlə izlədiyini qeyd edib. Və daha çox: "Mən bir neçə Avropa Birliyi ölkəsinin Bakıdakı səfirliklərinə müraciət etmişəm ki, həmin məhkəmə proseslərinin monitorinqini aparsınlar. Britaniya artıq müsbət cavab verib", - qeyd edib. Görünür ki, öz məqaləsinin Birləşmiş Krallığa aid olmasını göstərməyə çalışır.

Cənab Yaqland deyir ki, yerli QHT-lər ona şikayət edirlər ki, mövcud qanunvericilik onların normal fəaliyyəti üçün imkan vermir. O, qanunvericiliyə edilmiş son dəyişikliklərin Avropa konvensiyasının tələblərinə uyğun olduğunu yoxlamaqla bağlı Venesiya komissiyasına göstəriş verdiyini də deyir. Daha sonra baş katib Avrokomissar Nil Muyjnieksanın bir neçə səs-küylü bəyanatla yadda qalan səfərini xatırladır.

Məmur ölkədəki real vəziyyəti də, nə yaxşı ki, xatırlayır, insan hüquqları ilə bağlı atılmış müsbət addımlar haqda söz açır. Əfvlə bağlı dövlət başçısının son sərəncamı və İnsan hüquqları ilə bağlı Birgə İşçi Qrupun fəaliyyətinin bərpa olunması haqda danışır.

Cənab Yaqland nədənsə (bəlkə də məqsədyönlü şəkildə) düşünür ki, Avropa Birliyindəki heç bir ölkədə insan hüquqları ilə bağlı problem yoxdur, hər şey idealdır, ancaq Azərbaycanda isə vəziyyət fantastik səviyyədə kritik həddə çatıb. Məlum deyil ki, Britaniyanın Avropa İnsan Hüquqları məhkəməsindən çıxmasının Yaqlandın qabartdığı məsələlərlə hansı bağlılığı var. O öz məqaləsində müəyyən edə bilmir ki, Azərbaycanda insan haqlarının vəziyyəti pisdir, yoxsa yaxşı.

Milli.Az