Robben: "Bunu düşünmək yersizdir"

4 Noyabr 2014 13:13

"Bayern Munchen" klubunun yarımmüdafiəçisi Aryen Robben komandanın qələbə seriyasına toxunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland futbolçu komandanı "ulduz xəstəliyi"nə tutulmamaq barədə xəbərdarlıq edib.

""Bavariya" məğlubedilməzdir. Bu gün belə görünə bilər. Amma 2 həftədən sonra hər şey dəyişə bilər. Bizə özünütənqid və oyunumuzu inkişaf etdirmək lazımdır. Arxayınlaşmaq və bütün turnirlərdə asan qələbə qazanacağımızı düşünmək yersizdir. Bundesliqada hər komanda xallar və yüksək pillə uğrunda mübarizə aparır. Bəzən həqiqətən də əla oynayırıq. Amma bunun təsadüfən olduğunu düşünmək olmaz".

Milli.Az