Bakıda polisin qatili CƏZALANDI - FOTO

4 Noyabr 2014 11:16

Başa vurmaq üzrə olduğumuz 2014-cü ilin ilk qurbanı olan polisin ömrünü yarıda kəsən şəxs cəzasını aldı.

Bakı şəhərində bu ilin ilk dəqiqələrində Qaradağ postunda yolların keşiyində dayanan yol polisinin 25 yaşlı əməkdaşı Polad Mehdiyev üçün ili uğursuz gətirən Xəyal Orucovaməhkəmə 11 il cəza verib. Milli.Az xəbər verir ki, hökmü Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə heyəti çıxarıb.

Polad Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ postunun inspektoru olub. Ötən il dekabrın 31-də bayram günü gücləndirilmiş iş rejimində vəzifəsini icra edərkən faciəvi şəkildə dünyasını dəyişib. Saatlı rayon sakini, X.Orucovun idarə etdiyi "Mercedes" markalı avtomobil Qaradağ YPX postunda Ümid qəsəbə sakini Mirzə Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb. İlk toqquşmadan sonra X.Orucovun yüksək sürətlə idarə etdiyi avtomobil biri polis maşını olmaqla, daha üç avtomobilə çırpılıb və YPX postunda xidmətdə olan polis əməkdaşı Polad Mehdiyevi vurub. Nəticədə yol polisi əməkdaşı Polad Mehdiyev və M.Məmmədov həlak olublar.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.