Boksçumuz ermənini məhv etdi

4 Noyabr 2014 11:17

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyi davam edir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın üçüncü günü Azərbaycan idmançıları üçün uğurlu olub.

Rinqə çıxan 5 boksçumuzun hamısı qalib gəlib. 70 kq çəki dərəcəsində çıxış edən Rasim Çobanlı çexiyalı Daniel Svestkanı mübarizədən kənarlaşdırıb - 3:0. Boksçumuz 1/4 finalda Belarus nümayəndəsi Mikita Krasnabayevlə qarşılaşacaq.
  

Ruslan Rüstəmovun (46 kq) qələbəsi isə daha əlamətdar olub. Milli komandamızın üzvü erməni boksçusu Jirayr Sargeyan üzərində inamlı qələbə qazanıb - 3:0. Həmyerlimiz 1/4 finalda rusiyalı Pavel Ryasniylə üz-üzə gələcək.
 

75 kq çəki dərəcəsində mübarizə aparan Hacı Dilbazov da Avropa birinciliyinə qələbə ilə başlayıb. Dilbazov İsrail təmsilçisi Vyaçeslav Şemetovu məğlub edib - 3:0. Boksçumuz 1/4 finalda ukraynalı İvan Çubreviçevlə görüşəcək.

Malik Həsənov isə (48 kq) Ukrayna təmsilçisini yarışdan kənarlaşdırıb. Həsənov Sergey Korol üzərində qələbə qazanıb - 3:0.

Məhəmməd Abdullayev (+80 kq) Avropa birinciliyində ikinci görüşünü nokautla başa vurub. Boksçumuz litvalı Marek Korolkovu 2-ci raundda təslim olmağa məcbur edib. Yarımfinala vəsiqə əldə edən Abdullayev Ukrayna idmançısı Vyaçeslav Qavrilyukla qarşılaşacaq.

Avropa birinciliyinə noyabrın 8-də yekun vurulacaq.

Milli.Az