Pozitiv düşünmək idmandan da faydalıdır

4 Noyabr 2014 13:24
Yaşlı dövrdə pozitiv düşüncə tərzi və neqativ stereotiplərdən kənar durmaq fiziki sağlamlıq üçün faydalıdır. Pozitiv düşüncə ahıl insanların səhhətini yaxşılaşdırır.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, alimlər orta yaşı 81 olan yüzlərlə adamı 4 həftəlik tədqiqata cəlb ediblər. Onlara 15 dəqiqə ərzində müxtəlif mövzulu videolar göstəriblər. İştirakçıların bəzilərinə "25-ci kadr" vasitəsi ilə pozitiv fikirlər aşılayıblar.

Digər qrup istifadəçilərdən isə xahiş ediblər ki, aktiv həyat tərzi ilə bağlı qısa esselər yazsınlar. Tədqiqatın sonunda birinci qrup insanların səhhətində əhəmiyyətli yaxşılaşma olduğunu görüblər.

Milli.Az