Bakıda üçəm doğuldu - FOTO

4 Noyabr 2014 10:27
Azərbaycanda nadir hadisələrdən biri baş verib. Bakı şəhərində gənc ana üçəm dünyaya gətirib. Xətai rayon sakini olan 27 yaşlı Samirə Adıgözəlovanın 3 saylı Şəhər Xəstəxanasında 3 qız övladı doğulub.

Doğuş şöbəsinin həkimi Arzu Babayeva Milli.Az-a açıqlamasında bildirdi ki, S.Adıgözəlovanın ikinci hamiləliyi olub. Körpələrin çəkisi 1600, 1700, 1800 qramdır.

S.Adıgözəlova Milli.Az-a bildirdi ki, üçəmlərdən başqa, bir qız övladı var. Hazırda 4 uşaqla qaynatasının Sabunçudakı evində yaşayır. Üçəm anası maddi problemlərindən söz açdı, dövlətin köməklik etməsini xahiş etdi.

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.