"Şeytan" əməliyyat olunacaq

4 Noyabr 2014 12:36

"Mançester Yunayted"ın futbolçusu Markos Roxo uzun müddətə sıradan çıxıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Mançester Siti"yə qarşı matçda çiyni çıxan argentinalı müdafiəçinin əməliyyat olunacağı açıqlanıb. Onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az