Azərbaycanlı ekstrasens əməliyyat olunub - FOTO
4 Noyabr 2014 10:16
Milli.Az-ın məlumatına görə, ekstrasens Aqil Məhərrəmov qasıq yırtığından əməliyyat olunub. O, əməliyyatın uğurlu keçdiyini söyləyib:
"Anidən bərk ağrılarım oldu. Həkimin məsləhəti ilə əməliyyat olunmaq qərarına gəldim. Əməliyyat çox yaxşı keçdi. Hətta narkozdan təzə ayılanda da həkimlərə gələcək barədə nələrsə demişəm.
Hal-hazırda yaxşıyam. Həkimlərə mənimlə xüsusi və çox diqqətcil davrandıqları üçün minnətdarlığımı bildirirəm. Allaha şükür ki, çətin günümdə dostlarım məni yalnız qoymadılar. Hər şeydən önəmli sağlamlıqdır".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.