Şvaynştayger üçün il erkən başa çatdı

4 Noyabr 2014 09:56

Almaniya millisinin və "Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger zədəsi səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun direktoru Karl-Haynz Rummenige açıqlamasında deyib.
 

"Şvaynştayger ilin sonuna qədər yaşıl meydanlara qayıda bilməyəcək. O, komanda ilə məşqlərə dekabr ayında başlayacaq", - deyə klub rəsmisi bildirib.
 

Qeyd edək ki, son dünya çempionatının qalibi avqust ayında keçirilən yoldaşlıq görüşündə topuğundan zədələnib.

Milli.Az