Devid Bekhemin oğlu ulduz oldu - FOTO

4 Noyabr 2014 10:06

Məşhur futbolçu Devid Bekhemin oğlu, 12 yaşlı Romeo artıq model sayıla bilər. Yaşının azlığına rəğmən moda biznesində artıq 3 illik təcrübəyə malik Romeo Burberry brendinin yeni kolleksiyasının reklam "sima"sıdır.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "From London with Love" reklam kampaniyasında əsas rollardan birini oynayır.
 

Dünyanın ən məşhur dizaynerlərindən biri, Burberry-nin kreativ direktoru Kristofer Beyli balaca Romeonu "bacarıqlı və cazibədar uşaq" adlandırıb.

Romeo ikinci dəfədir ki, Burberry-nin reklamlarına çəkilir. Onun debütü SS13 kolleksiyasının reklamında olmuşdu və Romeo məşhur supermodel Kara Delevinin tərəf-müqabili kimi çıxış etmişdi.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото