Yanğınsöndürənlər binadakı sakinlərdən birini xilas etməyə gəlmişdilər. Özü də həkimlərlə yanğınsöndürənlərin hamısının üzlərində əleyhqazlar vardı.
Səbəb isə xilas ediləcək insanın evinin ayaqyolundan da betər olması idi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Almaniyanın Nurtigen şəhərində yaşanıb. Çəkisi 159 kq olan bu insan 5 ildən bəri çimmirdi.
Onun evi isə üfunət qoxuyan murdarlıqdı.
"Həmin adam çox kök olduğundan qapını açıb çölə çıxa bilmirdi. Bizə qonşulardan biri zəng edib ikinci mərtəbədəki mənzildə yaşayan insanın divarı döyəcləyərək yardım istədiyini dedi.
Həmin ünvana yollandıq, pəncərəni açdıq. Həddən artıq pis qoxu olduğundan geri çəkildik. Əleyhqazlardan istifadə etməli olduq. Evin qapıçı içəri açılırdı, amma aça bilmədik.
Pəncərədən içəri girəndə dəhşətə gəldik. Mənzildə zibil dizə çıxırdı. İylənmiş ərzaqlar, çürümüş paltarlar, hər tərəf həşərat, siçan, hörümçək.
Otaqlardan birində isə çirk içində adam. Onu zorla, kran vasitəsilə çıxardıq. Dediyinə görə, axırıncı dəfə 5 il əvvəl çimib", - yanğınsöndürənlərdən biri deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.