Sarışın oğlan küçə ilə qaçır, "güllə"lərdən yayınır, düşməni vurmaq üçün əlverişli mövqe tutmağa çalışır.
İlk baxışda belə təəssürat yaranır ki, 5 yaşlı bu oğlan bütün yaşıdları kimi, "müharibə, "dava-dava" oyununa qatılıb.
Amma gerçəklik daha qorxuncdur.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu uşaq döyüşməyi öyrənir. Onun "təlimatçı"sı atasıdır.
Suriyanın Rəkka şəhərində çəkilmiş bu kadrlarda "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mənsublarından biri balaca oğluna küçə döyüşlərinin incəliklərini öyrədir.
5 yaşlı oğlan isə bunu oyun sayır və həvəslə "oynayır".
Onun əlindəki tapança atasınındır.
İŞİD-in paytaxtı sayılan Rəkkada indi yüzlərlə uşaq döyüş təlimləri keçir.
"Quilliam Foundation Think Tank"in mətbuat katibi Çarli Zima deyib: "Bu video bir daha sübut edir ki, İŞİD mənsubları uşaqlara kiçik yaşlarından vəhhabilik, radikalizm ideyalarını təbliğ edir, öyrədirlər. Günlərin birində İŞİD darmadağın ediləndən sonra bu uşaqlar terrorçuluq və vəhhabilik ideyalarının daşıyıcılarına çevriləcəklər".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.