Rianna ən böyük qorxusundan danışdı - FOTO

4 Noyabr 2014 14:38
Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Rianna ELLE Magazine jurnalı üçün fotosessiyaya çəkilib, müsahibə verib.

Milli.Az bildirir ki, əslən Barbadosdan olan 26 yaşlı müğənninin dediyinə görə, bəzi etirafların vaxtı çatıb.
 

"Boynuma alıram ki, soyunub kamera qarşısında duranda utanıram. İndiyədək çoxsaylı yarıçılpaq fotosessiyalara çəkilsəm də, hər dəfə utanıram. Ən böyük qorxum isə doğuşdur.

Ana olmağı arzulayıram, lakin doğmaq məni qorxudur. Ulduz olmasaydım, yaxşı ana və ev xanımı olmağa çalışardım", - Rianna deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.