Bodibildinq çempionu necə "əlil" oldu? - FOTO

4 Noyabr 2014 11:36

Britaniyanın ən məşhur bodibilderlərindən biri, "Mr Wales" bodibildinq çempionatının ikiqat qalibi Piter Beddu həbs olunub.
 

O, özünü əlilliyə vuraraq müavinət almaqda və dövlət büdcəsindən 28 min funt-sterlinqi mənimsəməkdə suçlanıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Aberder şəhərinin sakini, 50 yaşlı Piter Beddu sənədlərini saxtalaşdırıb və özünü əlil kimi qeydə aldıraraq iki il əlil müavinəti alıb. Elə həmin illərdə o, gərgin məşq edir, bodibildinq çempionatlarına və müsabiqələrinə qatılırdı.
 

Məhkəmənin qərarı ilə P.Beddu 6 ay müddətinə azadlıqdan məhrum olunub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.