FHN xilasediciləri yağış sularının həyətyanı sahələrə və zirzəmilərə axınının qarşısını alıb
3 Noyabr 2014 22:25
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, yağan intensiv yağışlar nəticəsində Bakının Binəqədi rayonunun Biləcəri və Sulutəpə qəsəbələrində 13 fərdi yaşayış evinin zirzəmisi və həyətyanı sahəsi su ilə dolub.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi texnika vasitəsilə həmin ərazilərdən suyu çəkib, suyun həyətlərə axınının qarşısını alıb, həmçinin, 31 nəfərə müvafiq köməklik göstərib. Əməliyyat saat 20:58-də başa çatıb.
Milli.Az