Bakıda yanğın olub

3 Noyabr 2014 21:38
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1750 kv. m olan (hər mərtəbəsi 875 kv. m) ikimərtəbəli mebel sexinin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar 505 kv. m sahədə yanıb. Mebel sexinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az