Qəza nəticəsində bir nəfər ölüb,17 nəfər isə yaralanıb
Rusiyanın Saxalin vilayətində dəmiryol relslərinin su ilə yuyulması nəticəsində qatar qəzaya uğrayıb.
Anspress-in məlumatına görə, qəza nəticəsində bir nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Zərər çəkənlər xəstəxanaya yerləşdiriliblər.
İçərisində 45 nəfərin olduğu şəhərətrafı qatar dəniz sahilində aşıb və dənizə düşüb. İçərisində uşaqların da olduğu iki vaqon dənizə düşüb. Qəzanın qurbanı Xolmsk stansiyasının işçisi olub.
Rusiya Federasiyası FHN-nın məlumatına görə, qatar qəzasının aradan qaldırılmasına 20 texnika və 170 insan cəlb edilib. Milli.Az