Azərbaycanda bəzi avtobuslar pulsuz olacaq

3 Noyabr 2014 20:55

Aşura günü ziyarətçilər "İmamzadə"yə pulsuz aparılacaq

4 noyabr 2014-cü il Aşura günüdür. Gəncə şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi tərəfindən Aşura gününün mütəşəkkil və təhlükəsizlik şəraitində keçməsi üçün ciddi hazırlıq işləri aparıb.

Nəinki bölgədə, eləcə də ölkəmizdə əsas dini ziyarətgahlardan biri olan "İmamzadə" dini kompleksində ziyarətçilər üçün hər cür şəraiti olan çadırlar qurulub, istilik, su ilə təmin olunub. Zəvvarlara tibbi xidmət göstərmək məqsədi ilə ixtisaslaşdırılmış həkim briqadası və təcili tibbi yardım maşınları ayrılıb.

Milli.Az anspress-ə istinadən xəbərt verir ki, şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin "İmamzadə" dini kompleksinə daşınması üçün pulsuz nəqliyyat təşkil edilib.

Aşura günündə talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçiriləcək.

Milli.Az