Teleaparıcı Mikayıl oğurluqda ittiham olundu
3 Noyabr 2014 20:42
Biləsuvardan olan şairə xanım Mətanət Poladova ona məxsus şerin "Space"in aparıcısı Mikayıl tərəfindən oğurlandığını iddia edib.
"Qafqazinfo"ya müraciət edən yazarın sözlərinə görə, Mikayıl "Sevimli şou" verilişinin 13.10.2014-cü il tarixində efirə gedən buraxılışında onun 20 il öncə yazdığı şeirlərdən birini səsləndirib. Mətanət xanım bildirib ki, o, şeirini qadın üslubunda yazıb, lakin Mikayıl onu dəyişib "kişi üslubu"na salıb.
Hüquqlarının pozulduğunu iddia edən qadın ona məxsus şeri Youtube-da yerləşdirib və qərarı oxucuların ixtiyarına buraxıb.
Milli.Az