Azərbaycanlı rəqqasə: "Çox həyəcanlıyam..."

3 Noyabr 2014 20:29

Rəqqasə Hindistanda həyəcanlı sınaq mərhələsindədir

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Hindistanda keçirilən "Udbhav international Dance Carnival" festivalına qatılıb.

Milli.Az bildirir ki, hazırda Hindistanda olan rəqqasə təəssüratlarını anspress-lə bölüşüb.

Fatimə festivalda ölkəmizi təmsil edən yeganə rəqqasə olduğunu deyir: "Artıq bütün komanda heyətimizlə Hindistandayıq. Bizi burada çox yaxşı qarşıladılar. Bu gün festivalın açılışı olacaq. Bundan əlavə 6 qala konsert keçiriləcək. Açığını deyim Azərbaycan milli rəqslərinə xüsusi bir diqqət gördüm. Sözügedən festivalda Azərbaycandan savayı Rusiya, Qırğızıstan, Bolqarıstan və bir sıra ölkələrdən iştirakçılar qatılıb. Azərbaycanı yalnız mən təmsil edirəm. Çox məsuliyyətli bir işin altına girmişəm. Açığı çox həyəcanlı və sevincliyəm. İnanıram ki, yaxşı nəticə ilə Azərbaycana qayıdacam".

Milli.Az