Ruslar Azərbaycanı əsas rəqib hesab edirlər

3 Noyabr 2014 20:04
"Bu ay Moskvada keçiriləcək yunan-Roma güləşi üzrə Avropa Millətlər Kubokunda rusiyalıların əsas rəqibi Türkiyə və Azərbaycan yığmaları olacaq".

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi, beşqat dünya çempionu Qoqi Koquaşvili deyib.

Bununla belə, o, heç kəsdən qorxmadıqlarını bildirib: "Biz qələbəyə köklənmişik və istənilən rəqibə qalib gəlməyə hazırıq".

Qeyd edək ki, turnir noyabrın 7-9-da Moskvada keçiriləcək.

Milli.Az