Pan Gi Mun Konçita ilə...

3 Noyabr 2014 19:47
2014-cü il "Eurovision" mahnı müsabiqəsinin qalibi avstriyalı Konçita Vurst (əsl adı Tomas Noyvirt) BMT-nin baş katibi Pan Gi Mun üçün mahnı oxuyub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, P.G.Munun Avstriyaya rəsmi səfəri çərçivəsində baş tutub.

Məlumata görə, K.Vurst BMT-nin Vyana bölməsinin zalında P.G.Mun üçün iki mahnı ifa edib.

BMT baş katibi bəyan edib ki, "Eurovision"da qələbə qazanmasından sonra Konçita ilə tanış olmaq istəyib: "Konçitanın diskriminasiyaya qarşı apardığı mübarizəyə görə onunla çoxdan tanış olmaq istəyirdim".

Milli.Az