Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Həzi Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 55 yaşlı Malik Mustafayev özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən, həmçinin bildirilib ki, M.Mustafayev hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı olub, polkovnik rütbəsi daşıyıb. O, bir neçə ay əvvəl işdən çıxarılıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.