"Ərə gedəcəyimi öyrənmək üçün falçıya getmişəm"
3 Noyabr 2014 19:57
"Falçıya nə vaxt ərə getməyimi öyrənmək üçün getmişəm". Milli.Az anspress-ə istinadən bildirir ki, bu açıqlamanı "Günəbaxan"ın qonağı olan aktrisa Xuraman Əlizadə deyib.
Aktrisa çıldağa, cindara, sınıqçıya inanmadığını deyib. Onun sözlərinə görə, falçı xidmətinə gənc yaşlarında, tələbəlik dövründə müraciət edib: "Hər şey Allahın qədər-qismətidir. Getdiyimiz qadın kasıb bir evdə yaşıyırdı. Yaşa dolduqdan sonra anladım ki, əgər belə gücü olsaydı, o cür kasıb şəraitdə yaşamazdı".
X.Əlizadə Nardarandan olduqlarını deyib. Onun sözlərinə görə, atası savadlı olsa da falçı, çıldağ, çöpçüyə inanardı, anası isə yox: "Bir şey olan kimi deyirdi uşağı sınıqçıya, çıldağa aparaq. Amma biz heç vaxt elə yerlərə getməmişik. Bundan sonra da mən çıldağa getmərəm".
Milli.Az