Bakıda insan vəhşiliyi - FOTO

4 Noyabr 2014 00:25
Bakıda insanlığa utanc gətirən növbəti vəhşilik edilib. Çingiz Hətəmov adlı şəxsin İnstagram bloqunda paylaşdığı fotolar artıq dövlət qurumlarını da fəaliyyətə keçirib. Ç.Hətəmov dələni öldürərək əlində tutub və sanki, qəhramanlıq edibmiş kimi "mən öldürdüm" yazıb.
Mili.Az bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini məlumatlandırdı.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, artıq həmin şəxs barədə ilkin adım atılıb. Dələni vuran şəxsin tapılması və cəzalandırılması üçün Bakı şəhər Baş Polis İdarəsinə rəsmi müraciət olunub. İ.İbrahimova qeyd etdi ki, həmin şəxs tapılarsa, İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsi ilə 2000 manat məbləğində cərimə olunucaq.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.