Noyabrın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Şimal-qərb küləyi 8-13 m/s, gündüz arabir 18-20 m/s olacaq.
Temperaturun gecə 2-4° isti, gündüz 5-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 3-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 1-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir.
Qərb küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 0-5° isti, gündüz 6-11° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Şimal-şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Temperatur gecə 1-6° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti təşkil edəcək.