Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, noyabrın 1-də, saat 04 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Şükürov Fəqani Adil oğlunun tanımadığı şəxsi öz evinin qarşısında tüfənglə atəş açaraq öldürməsi və rayon Polis Şöbəsinə gəlib könüllü surətdə təslim olaraq cinayətin aləti olan tüfəngi təhvil verməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları dərhal F.Şükürovun yaşadığı ünvana gələrək hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib, oradan istintaq üçün əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən şəxs həbs edilib