Azərbaycanlı aktrisa: "Oğlum 25 yaşında özünü asdı, nəvəm 7 gün komada qaldı və öldü" - FOTO
3 Noyabr 2014 17:38
Gənc Tamaşaçılar Teatrının aktrisası Mənsumə Babayeva qızını ikinci dəfə ərə verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Düzünü desək" verilişinin qonağı olan aktrisa toyun oktyabrın 12-də baş tutduğunu deyib:
"İki övladım var idi: Ülviyyə və Pərvin. Oğlum 25 yaşında özünü asdı. Qızım ailə qurmuşdu. Yoldaşı ilə qəzaya düşdü, nəvəm 7 gün komada qaldı və öldü. Sonra kürəkənim başqasına uydu, ayrıldılar. İstəmirdim qızım ikinci dəfə ailə qursun. Oğlan qızımı sevdi, anası qapıma gəldi. Yaxşı qadın idi. Qızımın ilk evliliyindən çoxlu borcu, kreditləri var idi. Ona görə tərəddüd edirdim. Sonra düşündüm ki, gəncdir, ana olmalıdır. 2 ayın içində nişan, toy oldu, el adəti ilə onu köçürdüm. Özüm də gənc yaşlarımda həyat yoldaşımı itirmişəm. İkinci dəfə ailə qurmadım. Düşündüm ki, kimsə evimə, maşınıma görə, məndən istifadə edər. İstəyən olub. Amma deyib: sənə baxaram, övladına yox. Mənim öz qazancım var, nəyimə baxacaqsan? Mənə lazımdır ki, ailəm bütöv olsun. Başqa kişini neynirəm?"
Aktrisanın qızı hadisələrlə bağlı bunları deyib:
"Qızımın stressindən çıxmamış, yoldaşım xəyanətə başladı. Özümü ondan güclü hiss edirdim. Deyirdim səndən güclüyəm, stressə dözürəm. İkinci həyat yoldaşımla dost kimi tanış olduq. Sonra ailə qurduq".
Milli.Az