Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçının biletləri bu gündən satışa çıxarılıb.
Biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışdadır.
Biletlərin qiyməti 1-10 manat arası dəyişir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, biletlər bu gün satışa çıxarılsa da, Respublika stadionunda kassalar önündə azarkeş sıxlığı olub. Bu isə onu deməyə əsas verir ki, "Qarabağ" - "Dnepr" oyununda tribunalar ağzınadək dolacaq.
Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulub. Klubun saytında yer alan xəbərdə yalnız holoqramlı biletlərin etibarlı sayılacağı bildirilib.
Milli.Az