İndi ən cazibədar cani odur? - FOTO

3 Noyabr 2014 17:02

Dünyanın ən yaraşıqlı cinayətkarı adlandırılmış Ceremi Miksin artıq ciddi rəqibi var.

O, ABŞ-da Hellouin bayramı zamanı həbs olunmuş 29 yaşlı Şon Koridir.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 30 yaşlı Ceremi Miksin polis idarəsində çəkilmiş fotosu Facebook-da yayılandan sonra o, sosial şəbəkələrdə fenomenal populyarlıq qazanmışdı. İş o yerə çatıb ki, bir sıra brendlər və moda evləri Mikslə reklam anlaşmaları imzalamağa hazır olduqlarını bəyan ediblər.
 

İyunda həbs edilmiş Miks azadlığa çıxan kimi model karyerasına başlayacağını bildirib.
 

Şon Korri isə Santa-Krus şəhərinin mərkəzi meydanında əlində mikrofon tutaraq "Fox News-a nifrət edirəm!" bağırıb. Daha sonra o, meydanda bir neçə nəfərə hücum çəkib və əlindəki alüminium tennis raketkası ilə onları vurub.
 

Şon Kori 2008-ci ildə marixuana saxladığına görə Florida ştatındakı Qeynsvill şəhərində həbs olunmuşdu.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.