Əməkdar artist Almaz Ələsgərli "Düzünü desək" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, verilişdə ikinci evlilik mövzusundan bəhs edilib.
Müğənni qızlarından danışarkən göz yaşını saxlaya bilməyib: "Ana olmaq asan deyil. Qız anası olmaq isə lap çətindir. Hər zaman qızlarıma dəstək, dayaq olmuşam. Heç bir ana istəməz ki, övladı pis olsun. Heç vaxt həyatda sınmamışam. Arzu ilə yaşamışam. İnanıram ki, gün gələcək xoşbəxt ana olacam. Heç vaxt istəmərəm qızlarım da mənim taleyimi yaşasınlar, əziyyət çəksinlər. Hansı ana istəyər ki, övladı pis olsun?"
Qeyd edək ki, A.Ələsgərlinin qızları Mədinə və Əminə ailə həyatı qursa da, bir müddət sonra boşanıblar.