Ulvira Qarayeva: "O kişi orada-burada yalandan mənimlə münasibəti olduğunu danışır"

3 Noyabr 2014 17:01
Tanınmış teleaparıcıdan inanılmaz açıqlama
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "Evdəyik" verilişinin aparıcısı Ülvira Qarayeva onu şərləyən kişidən danışıb.
 
"Bir gün rəfiqəm mənə zəng edib dedi ki, "filankəs" haqqında orada-burada nə gəldi danışır. Tanıyırsan onu? Nəsə əlaqən olub? Mən də onun kimliyini soruşdum. Həmin bəyi tanıyıram. İnanın, heç bir əlaqəm olmayıb. Bunun nömrəsini tapdım zəng etdim, boynuna almadı. Sonra onu başa saldılar. O kişi orada-burada yalandan mənimlə münasibəti olduğunu danışır. Əsl kişi olanı danışar, olmayanı yox. Bununla hörmətin qalxmır".

Milli.Az