Stiv Jobsun heykəli kimin qəzəbinə gəldi?
3 Noyabr 2014 16:46
Sankt-Peterburqda Stiv Jobsa həsr olunmuş abidə demontaj olunub. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, iPhone formasında olan abidə ZEFS korporasiyasının rəhbəri Maksim Dolqopolovun təşəbbüsü ilə götürülüb.
Apple-nin hazırkı rəhbəri Tim Kuk gey olduğunu etiraf etdikdən sonra abidə sökülüb. Gənclər arasında homoseksuallığın təbliğini qadağan edən qanunla əlaqələndirilib.
Bundan başqa, Edvard Snoudenin açıqladığı məlumatlar da həmin qərara təsir göstərib. O deyirdi ki, Apple məhsulları istifadəçinin məlumatlarını ABŞ xüsusi xidmət orqanlarına ötürür.
Milli.Az