İsgəndərin anasının məzarı tapıldı - FOTOSESSİYA

3 Noyabr 2014 17:12
Yunan arxeoloqlar Saloniki şəhərindən 100 kilometr aralıdakı qədim Amfipol şəhərindəki sirli, müəmmalı sərdabədə qazıntıları davam etdirirlər.

Arxeoloqların dediklərinə görə, bina eramızdan əvvəl 4-cü əsrdə, Makedoniyalı İsgəndərin dönəmində inşa olunub.


 

Milli.Az Discovery Channel-ə istinadən bildirir ki, sərdabədə çar ailəsinin üzvü, sərkərdə və eyni zamanda, İsgəndərin anası çariça Olimpiyanın dəfn olunduğu güman edilir.


 

Arxeoloji qazma işləri zamanı alimlər sərdabənin ikinci kamerasının döşəməsini örtən unikal mozaika aşkarlayıblar. Müxtəlif rəngli daşlardan hazırlanmış mozaikada yeraltı aləmin hökmdarı Aidin Persefonu oğurlaması səhnəsi əks olunub. Aidin atlarını ölənlərin ruhlarının bələdçisi Hermes aparır.


 

Sərdabəyə girişi qoruyan iki sfinksdən birinin başı, habelə bu mifik varlıqların qanadlarının fraqmentləri də tapılıb.

Arxeoloqlar bir qədər əvvəl iki kariatid aşkarlamışdılar. Kariatidlər qədim Yunanıstanda binalarda sütunları əvəzləyirdi.


 

Amfiopol şəhərinin bünövrəsi 2400 il əvvəl qoyulub və eramızdan əvvəl 357-ci ildə şəhəri Makedoniyalı İsgəndərin atası, Makedoniya çarı 2-ci Filipp işğal etmişdi. Şəhərdə makedonların qarnizonu yerləşirdi və eyni zamanda o, önəmli dəniz bazası idi.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.