Şok: belə iyrənc ana olmamışdı - FOTO +18

4 Noyabr 2014 13:50

2 il əvvəl Avstraliyanı dəhşətə gətirmiş insanın məhkəməsi başlanıb. Bu şəxs 48 yaşlı Betti Kolt və ya yerli medianın "Xanım iyrənc Kolt" adlandırdığı cinayətkardır.
 

15 yaşlı oğlu ilə cinsi əlaqədə olan, onunla ər-arvad həyatı yaşayan Kolt sonradan kiçik oğlunu da yatağına salmışdı.

Bu zinadan doğulan qüsurlu, şikəst yeddi övladını isə B.Kolt amansızlıqla öldürərək həyətində basdırmışdı.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 48 yaşlı qadının məhkəməsi Moss Veyl şəhərində başlanıb.
 

"Xanım iyrənc Kolt"a qarşı irəli sürülən 124 ittiham arasında onun qonşusunun oğullarını - 16 yaşlı Bobbi və 15 yaşlı Billini tovlayaraq yoldan çıxarmaq, yatağa salmaq cəhdləri də var.
 

Betti Kolt 2012-ci ildə yaşadığı Yeni Cənubi Uelsdə həbs olunmuşdu.
 

Polis Koltun həyətində 7 uşaq cəsədinin qalıqlarını aşkarlamışdı. 5 uşaq isə evdə idi və onların istisnasız olaraq hamısında anadangəlmə ağır deformasiyalar, xəstəliklər, əlillik və şikəstlik vardı.
 

Bu uşaqlar Bettinin oğlu, habelə qardaşı və atası ilə cinsi əlaqələrindən doğulmuşdular.

Qadın polisdə verdiyi ifadəsində söyləmişdi ki, 7 övladını onlardan "zəhləsi getdiyi üçün öldürüb": "12 uşağım qalmışdı. Onları da öldürəcəkdim. Şikəstlər, ağılsızlar nəyimə gərək?!"
 

Bettinin əməllərindən qızı Reylin xəbərdar olsa da o, polisə şikayətlənməmişdi.
 

Hakim Meri Rayan deyir: "Sözün açığı, belə iyrənc əməllər törətməkdə suçlanan ana ilə ilk dəfə qarşılaşıram. İstintaq materiallarına görə, Betti qızı Reylini ölümlə təhdid edib və polisə xəbər verəcəyi təqdirdə onun "sonunun çatacağını" söyləyib. Bu, onun etirafıdır və məhkəmə zamanı məsələyə aydınlıq gətiriləcək".
 

Polisdən verilən məlumata görə, Betii Kolt iki qızı və 3 oğlunu da öz aralarında cinsi əlaqələrə girməyə vadar edibmiş.

10 yaşlı Rut və 8 yaşlı Nadyanın dediyinə görə, qardaşları - 13 yaşlı Karl, 15 yaşlı Ced və 16 yaşlı Albert iki ildən bəri onları sürəkli zorlayırlar.

"Anamız qardaşlarımızla cinsi əlaqədə olur və bizə də bunun normal olduğunu dedi", - Rut deyib.
 

Rutun atası onun babası Cozef, Nadyanın atası isə dayısı Semdir.
 

Polisdən verilən məlumatda vurğulanır ki, Betti Koltun qətlə yetirdiyi 7 və sağ olan 5 uşağının genetik testləri onlarda homoziqotluq aşkarlayıb. Bu isə uşaqların zinadan doğulduğunu sübut edir.
 

Betti Kolt və ailəsi şəhərdən 30 km aralıda, fermaların və tövlələrin arasındakı ərazidə yaşayırdılar. "Ev" iki çirkli, kiçik treyler, iki tövlə və çadırlardan ibarətdi.
 

Betti və oğulları treylerdə, qızlar isə çirkli çadırlarda yaşayırdılar.
 

"Uşaqların hamısı çirkli, həftələrlə yuyunmamış vəziyyətdə idilər. Əyinlərində cırıq paltarlar olan uşaqların hamısının ayaqlarında göbələk infeksiyaları vardı", - polis zabiti söyləyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.