Qaret Beyl "Liverpul"a qarşı oynayacaqmı?

3 Noyabr 2014 16:01

"Real"ın futbolçusu Qaret Beyl zədəsini sağaldıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Uesli yarımmüdafiəçinin Çempionlar Liqasında noyabrın 4-ü "Liverpul"a qarşı keçiriləcək matçda oynayacağı bildirilib.
 

Qeyd edək ki, Q.Beyl zədə səbəbindən dörd oyunda meydana çıxmayıb.

Milli.Az