"Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşdi

3 Noyabr 2014 15:54

UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşib.
 

Milli.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu qarşılaşma polşalı hakimlər briqadasına tapşırılıb.
 

Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadçuk Marçin Borkovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da, saat 21:00-da başlayacaq.

Milli.Az