Müğənni Nazənin qadağasına vəkil qoşur

3 Noyabr 2014 14:45

Nazənin KİV-ə qadağa qoyacaq

Müğənni Nazənin KİV-lərə qadağa qoyacaq. Milli.Az bildirir ki, ifaçının mətbuat katibi Tahirə Məmmədqızının anspress-ə verdiyi məlumatına görə, Təranə Qumral və Nazənin qalmaqalı ilə bağlı KİV-ə müraciət xarakterli bəyanat hazırlanır. "Hazırda bu bəyanat üzərində iş gedir. Sabah və ya birisigün vəkilimizin təqdim edəcəyi bəyanat vasitəsilə mətbuata rəsmi müraciət olunacaq. Məhkəmə bitənə qədər hər hansı mətbuat orqanında, televiziyada olayla bağlı hər hansı bir açıqlamanın, süjetin getməsinə qadağa qoyulacaq. Bəyanat bir neçə günə hüquqi müstəvidə bütün KİV-lə təqdim olunacaq".

Müğənninin mətbuat katibi Tahirə Məmmədqızı Nazəninin ANS TV-nin "Bazar ertəsi" verilişində işlətdiyi ifadələri emosiyalara qapılaraq səsləndirdiyini dedi: "Dünənki olayla bağlı Nazənin özü də gərgin idi. Nazənin heç vaxt tamaşaçısına hörmətsizlik etməyib. Tamaşaçıya və oxuculara, onu sevənlərinə hörmət etdiyi üçün bundan sonra qeyri-etik ifadələr işlətmək istəmir. Dünən Təranə Qumral barədə bu açıqlamanı vermək məcburiyyətində qaldı. Yalnız və yalnız tamaşaçılarına hörmət etdiyi üçün bundan sonra mətbuata açıqlama verməyi düşünmür. Çünki bundan sonra bu xoşagəlməz olay hüquqi müstəvidə öz həllini tapacaq. Bu işlərlə Nazəninin vəkili Adəm Məmmədov məşğul olur. Bundan sonra nə Nazənin, nə də prodüseri vəkildən icazəsiz heç bir mətbuat orqanında açıqlama verə bilməyəcəklər. Yalnız və yalnız məhkəmənin qərarı əldə edildikdən sonra KİV-nə geniş şəkildə açıqlama veriləcək".

Müğənni Nazənin də bu məsələnin böyüyüb çirkinləşdiyini deyib. Onun sözlərinə görə, özü də istəmədən ictimai şəkildə müzakirəyə çıxarıldı. "Bir daha qeyd edirəm ki, mən tamaşaçılarıma, oxucularıma hörmət etdiyim üçün açıqlama vermək məcburiyyətindəyəm. Sadəcə məni sevənlərimdən, mətbuat orqanlarından məsələnin şəxsi olduğunu nəzərə alıb səbrlə gözləmələrini xahiş edirəm. Hüquqi müstəvidə məsələ həllini tapdıqdan sonra bütün KİV-lərə yetərincə açıqlamalar veriləcək. Bundan sonra bu barədə bir kəlmə danışmayacam. Heç bir mətbuat orqanının da bu barədə danışmasını istəməzdim. Ümid edirəm ki, hər kəs mənim bu qərarımı hörmətlə qarşılacaq".

Milli.Az