"Qarabağ"ın rəqibindən baş məşqçiyə xəbərdarlıq

3 Noyabr 2014 15:34

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"inin prezidenti Erik Tohir komandanın cari mövsümkü çıxışından narazı qalıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Milan təmsilçisinin İtaliya A Seriyasının son turunda səfərdə "Parma"ya uduzması (0:2) baş məşqçi Valter Matsarinin istefaya göndəriləcəyi iddialarını gücləndirib.
 

Qarşıdakı növbəti iki oyunun təcrübəli mütəxəssis üçün son şans olduğu bildirilir. Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə və A Seriyasında "Verona" ilə baş tutacaq oyunlarda qələbə qazanılmayacağı təqdirdə Matsarinin komandadan göndəriləcəyi gözlənilir. Rəhbərliyin artıq bununla bağlı Matsariyə xəbərdarlıq etdiyi bildirilir.
 

Qeyd edək ki, Avropa Liqasında 7 xalla turnir cədvəlinə başçılıq edən "İnter" A Seriyasında 15 xalla 9-cu yerdə qərarlaşıb.

Milli.Az