Noyabrın 1-də "Crystal Hall"da konsert verən dünyaca məşhur müğənni Nikol Şerzinger stilist Anar Ağakişiyevlə bir araya gəlib
Milli.Az axşam.az-a istinadən bildirir ki, makiyajını yerli stilistə həvalə edən Nikol onun əl işindən razı qalıb. Anar Ağakişiyev təəssüratlarını bizimlə bölüşüb: "Bir həftə əvvəl mənə təklif olundu ki, Nikol Şerzingeri makiyaj edim. Müğənni əl işlərimi istədi. İnternet vasitəsilə göndərdim, bəyənib razılaşdı. Konsert öncəsi vaxt az olduğuna görə saçını başqa ustaya həvalə etdik. İrina Şeykdən sonra belə gözəl xanımla çalışmaq xoş oldu. Heç kaprizli xanım deyil. Düşünürəm ki, hər bir ulduz özünə makiyaj etməyi bacarmalıdır. Nikolda da bu qabiliyyəti gördüm. Mənim oxuduğum məktəbdə göstərilir ki, kirşan makiyajdakı təbiiliyi itirir. Ona görə də, müğənni səhnəyə çıxmazdan az əvvəl kirşanı çəkməlidir. Mən də makiyajı edib, kirşanı götürəndə dedi ki, dayan. Səhnəyə çıxanda vurarsan. Bir də Nikolun 36 yaşı olmasına baxmayaraq, çox gözəl dərisi var. Mən makiyaj zamanı 1 qram tonal kremdən istifadə etdim. Təəccüblənmişdim ki, o, bu yaşda belə dəriyə sahibdir. Stilist olduğum ərəfədə özümdən sonra sürətli kirpik qoyan ikinci insan kimi xalq artistimiz Aygün Kazımovanı tanımışam. Amma indi gördüm ki, Nikol rekord qırdı. Gözlərində allergiya olduğu üçün kirpiklərini özü qoymaq istədi. 30 saniyə ərzində necə etdisə, təəccübləndim". Milli.Az