"Penalti təyin etmək üçün futbolçunu balta ilə vurmalı idilər?"

3 Noyabr 2014 15:37

İngiltərənin keçmiş referisi Qrem Pol Mançester derbisində qeydə alınan mübahisəli epizodlara qiymət verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, sabiq referi qarşılaşmada ən azı 2 penaltinin verilmədiyini bildirib.

"Maruan Fellaini və Serxio Aqueronun arasındakı mübarizə epizodu açıq-aşkar penaltidir. Çünki belçikalı "Mançester Siti"nin forvardına arxadan zərbə endirmişdi. Bu kobudluqdan sonra Aqueroya yaxınlaşıb etiraz bildirmək Fellaini tərəfindən utancverici hərəkət idi".

"Markos Roxo və Yaya Turenin epizodu isə çox maraqlıdır. Hakimin durduğu mövqedən Roxonun topa müdaxilə etməzdən öncə Tureyə kobudluq etməsini aydın görmək olmur. Şübhəli vəziyyət olduğu üçün baş hakimin penalti təyin etməməsi doğru qərardır. Həmçinin Maykl Kerrik də Aqueroya qarşı cərimə meydançasının daxilində kobudluq etmişdi. 10 il əvvəl mən "Old Trafford"da keçirilən Mançester derbisini idarə edəndə qonaqların qapısına penalti təyin etməmişdim. Aleks Ferqyusson mənə sual vermişdi ki, penalti təyin etmək üçün futbolçunu balta ilə vurmalı idilər? Düşünürəm ki, Manuel Pelleqrini də oxşar hisslər keçirir".

Milli.Az