Azərbaycanlı aktrisa: "Tələb edirsə, soyunmaq lazımdır" - FOTO

4 Noyabr 2014 21:59

Aktrisa Könül Nağıyeva Türkiyədə lentə alınan "Tərk edilmiş" filminin çəkilişi zamanı qəza keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa özü bu barədə danışıb:

"Çəkiliş vaxtı aktyor Kamran Ağabalayevlə qəzaya düşdük. Böyük stress yaşadıq. Filmin prodüserləri gəldi ki, maşın, kamera cəhənnəmə, təki siz salamat olun. Yolla gedirdik, sol tərəf dağ, sağ tərəf meşə idi. Şükür ki, sağ-salamat çıxdıq. Gərgin iş rejimi idi. Səhər saat 7-nin yarısında yemək, 7 tamamda çəkiliş... Çox yorulurduq, 10-15 saat çəkilişdə olurduq. Kamranın xarakterik obrazı var idi. Artıq elə rola girmişdi ki, ona nifrət edirdim. Deyirdim Kamran, çıx obrazdan, bəsdir".
 

K.Nağıyeva həmçinin deyib ki, əgər ekran işində ssenari soyunmağı tələb edirsə, buna əməl etmək lazımdır:

"Filmdə bəzi soyunmaq səhnələri var ki, mənə çətin oldu. Mən aktrisalıq karyeramı Azərbaycanda başlayıb, burada da bitirmək istəmirəm. Güclü ssenari soyunmağı tələb edirsə, soyunmaq lazımdır".
 

Qeyd edək ki, "Tərk edilmiş" filmi martda həm Türkiyədə, həm də Azərbaycan da nümayiş olunacaq.


Milli.Az
Böyütmək üçün şəkillətə klikləyin