XİN başçısı: "Azərbaycan və Macarıstan ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədirlər"

3 Noyabr 2014 13:54

Azərbaycan və Macarıstan arasında ikitərəfli yaxşı əlaqələr qurulub

Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşündən sonra deyib.

Onun sözlərinə əsasən, danışıqlar səmərəli keçib və tərəflər ikitərəfli və beynəlxalq əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə ediblər: "Ölkələrimiz arasında yaxşı əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək barədə razılığa gəldik".

E. Məmmədyarov vurğulayıb ki, Bakı-Budapeşt birbaşa hava əlaqəsi də Azərbaycan və Macarıstanın ikitərəfli əlaqələrinin inkişafına öz töhfəsini verir.

Qeyd edək ki, Macarıstan XİN rəhbəri P.Siyarto Bakıya ikigünlük səfərə gəlib.

Milli.Az