Sumqayıtın keçmiş prokuroru ilə bağlı AÇIQLAMA
3 Noyabr 2014 13:57
Baş Prokurorluq Sumqayıt şəhər prokuroru Dağlar Zeynalovun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Dağlar Zeynalov səlahiyyət müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.
Hazırda o, Baş Prokurorluğun sərəncamındadır.
Milli.Az