Azərbaycanlı müğənni: "Övladım olmadığına görə eşq məsələlərini qoydum kənara"

3 Noyabr 2014 15:00

Sevib ailə qurmuşdum

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "İncə Maraqlar" verilişində qonaq olan müğənni Mənzurə Musayeva şəxsi həyatından danışıb.
 
"Sevginin ömrü 3 il olur. Mənim uşağım olmadığına görə ərimdən boşanmışam. Problem məndə yox, onda olub. Uşaq götürüb saxlamadıq. Amma uşaq olmayanda ailədə sevgi və mehribanlıq bitir. Övladım olmadığına görə, eşq məsələlərini qoydum kənara. Hal-hazırda onunla aram yoxdur. Danışmıram. O məni çox istəyirdi. Sevib ailə qurmuşdum. Sonradan gördüm ailəmin dadı yoxdur. Evdən uşaq səsi gəlmədisə, o ailə maraqlı olmur. Keçmiş yoldaşım indi mənimlə barışmaq istəyir. Öz ailəsi var, yeni evliliyində də övladı olmayıb".

Milli.Az