Təranə Qumral: "Nazənin evli kişidən uşaq doğub"
3 Noyabr 2014 13:29
"Nazənin birinci gedib özündən danışsın. Bu adam 7 dəfə ərə gedib. Ərə gedib deyəndə ki, bir yerdə yaşayıblar. Mən faktlarla danışıram. İstəsəniz, ərə getdiyi adamların adlarını da açıqlayaram.
Amma həmin adamların ailəsi olduğuna görə adlarını açıqlamıram. İnsanın ailəsinə baxıb, özünə qiymət verərlər. 2 övlad böyüdüb, bir qız ərə verib, boşatdırıb, bir uşaqla qapısındadır. Qızı az müddətdə ərdə oldu. Sonra da oğlunu bir tərbiyəli ailənin qızı ilə evləndirdi. Qız da kukla idi. Tərbiyəli ailənin qızı o evdə baş çıxara bilməzdi. O da boşandı".
Bu sözləri ailem.az-a açıqlamasında müğənni Təranə Qumral həmkarı Nazənin haqda deyib. O, dünən ANS telekanalının efirində baş verən qalmaqalla bağlı fikirlərini bildirib.
Xatırladaq ki, dünən canlı efirə qoşulan Nazənin Təranəni öz əri ilə bir yerdə tutduğu barədə şok açıqlama vermişdi.
T.Qumral deyib ki, onun ailəsində olan qalmaqal planını da Nazənin qurubmuş: "Musanı aparıb öyrətmişdi. Bilirsiniz ki, indi kişilər də sadəlövh olur. Deyilən sözlərə inanırlar. Əslində Musanın iradəsi çox zəifdir. Musaya təsir etdi bu sözlər. Amma sonra Musa başa düşdü ki, bunlar hamısı bizə düşməndir. Nazənin məni heç vaxt heç kimlə tutmayıb. Harada tutub ki? Gör sən nəsən ki, sənin yoldaşın səni qoyub, ora-bura gedir? Bu, onun acizliyini, cılızlığını göstərir. Yenə deyirəm, birincisi, o kişi sənin yoldaşın deyil, kiminsə yoldaşıdır, sən ondan uşaq doğmusan. Həmin şəxsin ailəsi və övladları da var. Adını çəkmək istəmirəm. Çünki ailəsi var".
T.Qumral ifadələrini daha da sərtləşdirərək Nazəninə belə səslənib: "Sən bilirsən ki, bu yaşda heç kimə lazım deyilsən. Süni mayalanma ilə də bir uşaq dünyaya gətirdin ki, ondan istifadə edəsən. Siz bilirsiniz ki, 52-53 yaşındakı qadın uşaq doğa bilməz. Süni mayalanma ilə doğdu".
Müğənni əri Musa Musayevin bu davaya münasibətini də açıqlayıb: "Musa da əsəbləşib, deyir, əcəb edirsən, sözünü de. Mən də dünənə qədər susmuşam, susmayacam. Getsin, oğlunun, qızının dərdini çəksin. Dünənə qədər kirayə yaşayırdı, onun dərdini çəksin. Bir də onu deyim ki, Nazəninin hər zaman Musada gözü olub. O da bilmədi nə desin, ailəmi dağıtsın, dedi, "kişi ilə tutmuşam". Harada tutmusan, ay bədbəxt? Sənin kişin var? Varsa, adını çək ki, filankəsdir. Sən məni hansı kişinlə tutmusan, heç olmasa kişinin adını de".
T.Qumral Nazəninin onu məhkəməyə verəcəyinə isə bu cür şərh verdi: "Məni məhkəməyə verir, versin. Mənim də məhkəmədə deyəcək sözlərim var. Mən faktlarla danışıram, danışacam. Mən yalandan ordan-buradan eşitdiyimi danışan adam deyiləm. Əlimdə yetərincə əsaslarım, materiallarım var. İl yarım ərzində yerimdə sakit oturmamışam ki... Mən də onun barəsində nələrisə araşdırmışam. Getsin, versin məni məhkəməyə. Nəyə görə verəcək ki? Yeddi dəfə ərə getdiyini demişəm. Ona görə verəcək? Musanın evini yıxmaq üçün bu söz-söhbəti yaratdılar. Qızımın toyu ərəfəsində bu cür ittihamlara susdum. Bu qalmaqal içərisində mən toy da elədim. Nazənin evli bir kişidən uşaq doğub, özü də ki, süni mayalanma ilə. O, hətta şəxsiyyət vəsiqəsində yaşını azaldıb. Bax, bunu heç kəs bilmirdi. Mən bunu ilk dəfə açıqladım. Yaş azaltmaqla deyil ki, sən silikonlu kuklasan".
Milli.Az