Tolik də xalq artisti olmaq istəyir - FOTO

3 Noyabr 2014 14:15
Tanınmış prodüser Tarix Əliyev (Tolik) xalq artisti olmaq iddiasına düşüb. Prodüser hələ ki, arzularını yalnız yuxuda görür. Ya da ki, gördüyü yuxuları belə yozur.

Milli.Az-ın məlumatına görə, prodüser Tarix Əliyev bu gün özünün İnstagram səhifəsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin fotosunu paylaşıb. Altından isə aşağıdakı sözləri yazıb:

"Bu gün yuxumda Putini görmuşəm. Yuxuda mənimlə söhbət eləyir. Guya mən əlimdə bilet harasa gedirəm. Götürür biletimin arxasında imzasını atır. Daha bilmirəm ki, bu nə anlama gəlir. Birdən mənə xalq artisti adını verərlər, xəbərim olmaz".

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.