Miri Yusif: "Çılpaq gəlib, çılpaq gedəcəyik"

3 Noyabr 2014 14:30
Milli.Az ailem.az-a istinadən müğənni Miri Yusifin müsahibəsini təqdim edir.
 
- Ailə, yoxsa karyera?

- Ailəyə görə karyera.
 
- Qız, yoxsa oğlan uşağı?

- Hər ikisi.
 
- Sizcə, uşaqların ən maraqlı dövrü hansıdır?

- Doğum günündən nəvə verəcək dövrə qədər hər biri maraqlıdır.
 
- Həyat yoldaşınız fanatlarınızı qısqanmır?

- Həyat yoldaşım hərdən özü-özünə də qısqana bilər.
 
- Dostlarınızda nəyə önəm verirsiniz?

- Etibarlılığa.
 
- Xaos, yoxsa nizam?

- Səhnədə xaos, səhnə arxasında isə nizam.
 
- Məşhur olmaq, yoxsa olmamaq?

- Sənət məşhur olsa, yetər.
 
- Miri Yusif introvertdir, yoxsa ekstravert?

- Introvert.
 
- Kabab, yoxsa steyk?

- Steyk.
 
- Azərbaycan, yoxsa başqa bir ölkə?

- Los-Ancelesdə yaşayarkən sübut olundu ki, Azərbaycan.
 
- Şərq, yoxsa Qərb?

- Miks (qarışıq - red.)
 
- Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi?

- Gərək o şəxs insan olsun.
 
- Qadında sevmədiyiniz 3 xüsusiyyət hansılardır?

- Kobudluq, arsızlıq, ədəbsizlik.
 
- Kişi üçün ən çox hansı önəmlidir? Yaraşıq, xarizma,  intellekt?

- Yaraşıqsız və xarizmasız biri olan Sokrat çox intellektual insan olub.
 
- Xəyanətlə üzləşsəniz, reaksiyanız necə olar?

- "Salam" deyib vidalaşaram.
 
- Heç olubmu haqsızlıq önündə sadəcə susmusunuz?

- Mən susmuş olsam da haqsızlıq susmayıb.
 
- Xoşbəxt olmaq üçün nə lazımdır?

- Özünü xoşbəxt hiss etmək.
 
- Qəhrəmanınız kimdir?

- Atam.
 
- Don Karleone, yoxsa Maykl?

- Vito Karleone.
 
- Kimin yerində olmaq istərdiniz?

- Bir qartalın yerində.
 
- Nirvanaya çata bildiniz?

- "Nirvana" albomu bitəndən sonra çatdım, daha sonra "Ağ Qarğa"ya döndüm.
 
- Nəyi etmədiyinizə görə peşmançılıq çəkirsiniz?

- Etdiklərimə və etmədiklərimə görə peşman deyiləm.
 
- "Dəyirman" olmasaydı, nə dəyişərdi?

- "Ya Qarabağ, ya ölüm" mahnısı tarixə möhür vurmazdı.
 
- Reinkarnasiyaya inansaq, dünyaya nə cür qayıtmaq istərdiniz?

- "Məktub" mahnısının ruhu kimi qayıtmaq istərdim.
 
- İndiyə kimi yazdıqlarınız arasında sizi tam olaraq ifadə edən bir cümlə...

- "Özümü tərk edincə özümü dərk edirəm".
 
- Bizim axırımız nə olacaq?

- Əvvəlimizi öyrəndikdən sonra axırımızı da bilərik.
 
- Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Çılpaq gəlib, çılpaq gedəcəyik.
 
- "İndiki ağlım olsaydı..." cümlənin davamını necə bitirərdiniz?

- İndiki ağlım olsaydı, indiki ağlıma çatmazdım.

Milli.Az