Başqasının kartından oğurladığı pul boğazından keçmədi

3 Noyabr 2014 14:39

Başqasının kartından istifadə edərək bankomatdan pul çıxaran şəxs yaxalanıb

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevral ayının 10-dan oktyabrın 30-nadək, Bülbül prospekti 5-in qarşısında yerləşən bankomatdan Bakı şəhər sakini Fatimə Səfərovaya məxsus bank kartından hissə-hissə 4401 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sənan Hüseynov tutulub.

Şübhəli şəxsə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az